Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə görüşündən sonra üzv ölkələrin təhsil nazirlərinin təmsil olunduğu Akademiyanın Elmi Şurasına sədrlik Azərbaycana keçib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə görüşündən sonra üzv ölkələrin təhsil nazirlərinin təmsil olunduğu Akademiyanın Elmi Şurasına sədrlik Azərbaycana keçib.
  • Toplum
  • 17 Oktyabr 2019 14:56
  •  1 549

Azərbaycanın bütün məktəblərində “Ortaq Türk tarixi” tədris ediləcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə görüşündən sonra üzv ölkələrin təhsil nazirlərinin təmsil olunduğu Akademiyanın Elmi Şurasına sədrlik Azərbaycana keçib.

Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırali ilə Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov arasında görüş keçirilib.

Görüşdə Beynəlxalq Türk Akademiyası tərəfindən həyata keçirilən layihələr müzakirə edilib, təhsil sahəsində əməkdaşlıq perspektivləri haqqında söhbət aparılıb.

BTA prezidenti təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib və bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə görüşündən sonra üzv ölkələrin təhsil nazirlərinin təmsil olunduğu Akademiyanın Elmi Şurasına sədrlik Azərbaycana keçib. Akademiya prezidenti təşkilatın hazırladığı “Ortaq Türk tarixi” dərsliyinin Azərbaycanın 150 orta məktəbində pilot layihə olaraq tədrisinə başlanmasına dair Təhsil Nazirliyinin qərarından məmnun olduğunu diqqətə çatdırıb.

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan tərəfinin Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yaxından izlədiyini və yüksək qiymətləndirdiyini, gələcək əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu bildirib. Nazir “Ortaq Türk tarixi” dərsliyinin gələn ildən respublikanın bütün orta məktəblərdə tədris proqramına daxil ediləcəyini deyib. O, Azərbaycanın sədrliyi ilə Elmi Şuranın növbəti toplantısının Azərbaycanda keçiriləcəyini və Akademiyanın növbəti il üçün fəaliyyət istiqamətləri və planlarının müzakirə ediləcəyini bildirib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AzNews.az

image description image description