Qız və anası aidiyyatı şəxslər tərəfindən başqa bir evə yerləşdirilib Qız və anası aidiyyatı şəxslər tərəfindən başqa bir evə yerləşdirilib
  • Toplum
  • 17 Oktyabr 2019 17:23
  •  2 558

Ev sahibinin 35 yaşlı oğlu 17 yaşlı qızı dəfələrlə zorladı

Qız və anası aidiyyatı şəxslər tərəfindən başqa bir evə yerləşdirilib

İstanbulun Arnavutköy ərazisində 14 yaşlı suriyalı Vahide M. adlı qıza təcavüz etməkdə şübhəli bilinən Cafer Ç. polis tərəfindən saxlanılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Arnavutköy Atatürk məhəlləsində baş verib. Təcavüzə məruz qaldığını Vahide M. özü polisə xəbər verib.

Ev sahiblərinin oğlu 35 yaşlı Cafer Ç. tərəfindən dəfələrlə təcavüzə məruz qaldığını deyən qız və anası aidiyyatı şəxslər tərəfindən başqa bir evə yerləşdirilib.

Şübhəli qismində saxlanılan Cafer Ç. polisdə verdiyi ifadəsində qeyd edib ki, ailəsi Vahidenin yaşının 17 olduğunu deyib.

Ailə üzvləri isə ifadələrində Cafer Ç.-nin onları təhdid edərək qızlarını qaçırdığı, yaxınlarının polis olduğunu və şikayətçi olduqları zaman heç bir nəticə əldə edə bilməyəcəklərini dediyi üçün polisə getməkdən çəkindiklərini bildiriblər.

Şübhəli Cafer Ç. hazırda polis tərəfindən saxlanılıb.

Səidə Vahid

AzNews.az