Layihə, ümumilikdə 7 seminar və 1 aksiyadan ibarət olmaqla 4 mövzu ətrafında keçirilib Layihə, ümumilikdə 7 seminar və 1 aksiyadan ibarət olmaqla 4 mövzu ətrafında keçirilib
  • Toplum
  • 17 Oktyabr 2019 17:46
  •  1 050

“Gənclər ətraf mühiti qoruyur” layihəsi yekunlaşdı

Layihə, ümumilikdə 7 seminar və 1 aksiyadan ibarət olmaqla 4 mövzu ətrafında keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Tələbələr Birliyi tərəfindən icra olunan “Gənclər ətraf mühiti qoruyur” adlı layihənin icrası artıq yekunlaşıb.

15 may – 20 oktyabr 2019-cu il tarixlərində həyata keçirilən layihənin əsas məqsədi gəncləri və onların timsalında bütün insanları ətraf mühiti təmiz saxlamağa və onu qorumağa təşviq etməkdir.

Layihə, ümumilikdə 7 seminar və 1 aksiyadan ibarət olmaqla 4 mövzu ətrafında keçirilib. Seminar fəaliyyətləri olaraq gənclərlə müxtəlif sorğular, qrup işləri və təqdimatlar təşkil edilib. Hər seminarda 50 nəfər gənc iştirak etməklə ümümi 350 nəfər gənci əhatə edib.

Layihənin sonunda bu cür seminarların davamlı olaraq keçirilməsinin gənclər və onların timsalında hər kəs üçün çox faydalı ola biləcəyi fikri vurğulanıb və layihənin davam etməsi ideyası iştirakçılar tərəfindən müsbət qarşılanıb.

AzNews.az

image description image description image description