Azərbaycan dünyanın qüdrətli dövlətlərindən birinə çevrilir Azərbaycan dünyanın qüdrətli dövlətlərindən birinə çevrilir
  • Toplum
  • 18 Oktyabr 2019 13:29
  •  1 573

Dövlət Turizm Agentliyində müstəqillik günü qeyd edildi

Azərbaycan dünyanın qüdrətli dövlətlərindən birinə çevrilir

Dövlət Turizm Agentliyində Fuad Nağıyevin rəhbərliyi ilə 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar iclas keçirilib.

AzNews.az xəbər verir ki, agentlik sədri Fuad Nağıyev açılış nitqi ilə çıxış edərək iclas iştirakçılarını bu gün münasibətilə təbrik edib və ölkənin müstəqillik tarixindən bəhs edərək 28 il öncə Azərbaycan Ali Sovetinin “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdiyini bildirib.

O xatırladıb ki, 1991-ci ilin dekabrın 29-da ümumxalq referendumunda dövlət müstəqilliyi ilə bağlı məsələ müzakirəyə çıxarılıb və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Fuad Nağıyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin, onun əbədi, dönməz xarakter almasının, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsinin, onun beynəlxalq nüfuzunun sürətlə artmasının ümummilli lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olduğunu vurğulayıb.

İclasda vurğulanıb ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında getdikcə daha da möhkəmlənir, Azərbaycan dünyanın qüdrətli dövlətlərindən birinə çevrilir.

Çıxışlar zamanı respublikamızın üzləşdiyi bütün təhdid və təzyiqləri inamla dəf edərək regionda tam müstəqil siyasət yeritdiyi və müstəqilliyimizin qorunub saxlanılmasının hər bir ölkə vətəndaşının borcu olduğu diqqətə çatdırılıb.

Səidə Vahid

AzNews.az