Skaut Liderlərin I Gənclər Forumunun təqdimat mərasimi keçirildi

Forum 16-18 noyabr tarixində Sabunçu Rayon Gənclər Evində baş tutacaq

19 oktyabr 2019-cu il tarixində Sabunçu Rayon Gənclər Evində Azərbaycan Skautlar Assosiasiyası tərəfindən icra olunan və Azərbaycan Respublikası Gənclər Fondunun 12-ci qrant müsabiqəsində qalib olmuş “Skaut Liderlərin I Gənclər Forumu”nun rəsmi təqdimat mərasimi baş tutub.

Tədbirə gənc skaut liderlər, skautlar, o cümlədən skaut olmaq istəyən gənclər də qatılıblar.

Tədbir zamanı iştirakçılara layihə və skautların fəaliyyəti haqqında geniş formada məlumat verilib.

Bildirilib ki, forum 16-18 noyabr tarixində Sabunçu Rayon Gənclər Evində baş tutacaq. Eyni zamanda iştirakçılar forumda iştirak şərtləri, forumun proqramı haqda ətraflı məlumat alıblar. Sonda təşkilatın fəaliyyəti ilə bağlı gəncləri maraqlandran suallar cavablandırılıb.

Qeyd etmək lazımdır ki, cari ilin 16-18 noyabr tarixində keçiriləcək “Skaut Liderlərin I Gənclər Forumu” layihəsinin əsas məqsədi Bakıda və bölgələrdə fəaliyyət göstərən skaut liderlərində idarəetmə, planlaşdırma, təşəbbüskarlıq, özünü inkişaf, ünsiyyət və s. kimi bacarıqları inkişaf etdirməkdən ibarətdir. Həmçinin Sabunçu Gənclər Evi ilə birgə forumun təşkil olunması skautinqə marağın artmasına və yeni üzvlərin cəlb olunmasına səbəb olacaqdır.

AzNews.az

image description image description image description image description image description