- Toplum
- 8 Noyabr 2019 11:57
- 882
Bakı sakinlərinə şad xəbər - Tanqo oynamaq istəyənlər "İçərişəhər"ə gəlsin
Tədbir saat 17:00-da baş tutacaq
Bu gün “İçərişəhər” stansiyasında Bakı sakinləri üçün tanqo şousu təşkil olunacaq.
AzNews.az xəbər verir ki, tədbir saat 17:00-da baş tutacaq.
Şou noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək "III Bakı Tanqo" Festivalı çərçivəsində təşkil olunacaq.
Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqo ilə yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün master klasslar da təşkil edəcəklər.
Tanqo həvəskarı olan şəhərimizin sakinləri və qonaqları “İçərişəhər” stansiyasına dəvətlidirlər.
Bahar RÜSTƏMLİ
AzNews.az