21 yaşlı ruhi xəstə itkin düşdü

Ruhi xəstə olan Rəsulu ailəsi Elvin olaraq çağırır

Bakıda 21 yaşlı oğlan itkin düşüb.

Hüseynov Rəsul noyabrın 13-ü, səhər saat 11:00 radələrində Biləcəri qəsəbəsində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Ruhi xəstə olan Rəsulu ailəsi Elvin olaraq çağırır. Onu görənlərdən qardaşı Vüsal Hüseynovla əlaqə saxlaması xahiş olunur.

Evdən çıxarkən Rəsulun əynində nazik ağ-qara damalı gödəkcə olub.

Əlaqə: (055) 793-43-23 ; (070) 793-43-23 (qafqazinfo.az)

AzNews.az