Digər yaralının vəziyyəti ağırdır Digər yaralının vəziyyəti ağırdır
  • Toplum
  • 17 Noyabr 2019 23:50
  •  1 615

Siyəzəndə yol qəzası baş verib - Ölənlər və xəsarət alan var

Digər yaralının vəziyyəti ağırdır

Bakı-Quba yolunda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba yolunun Siyəzən rayonun Zarat kəndi ərazisindən keçən hissəsində baş verib.

"KamAZ" markalı yük maşını ilə "VAZ-21010" markalı minik avtomobili toqquşub. Nəticədə 3 nəfər ağır xəsarətlər alıb. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alanlardan 2-i (hər ikisi qadındır) xəstəxanada ölüb.

Digər yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır. (Report)

AzNews.az