Hətta onlar oxumaq üçün kitab istəyiblər Hətta onlar oxumaq üçün kitab istəyiblər
  • Toplum
  • 22 Noyabr 2019 11:27
  •  2 689

Yataqxanada zəhərlənən qızlardan xəbər var - BDU-nun Mətbuat Xidməti

Hətta onlar oxumaq üçün kitab istəyiblər

Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır.

AzNews.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Mətbuat Xidmətinin sözcüsü Pərvanə İbrahimova deyib.

O bildirib ki, bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar.

"Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər.

Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq".

Səidə Vahid

AzNews.az