3 nəfər ambulator müalicəyə buraxılıb 3 nəfər ambulator müalicəyə buraxılıb
  • Toplum
  • 22 Noyabr 2019 11:32
  •  1 086

Sumqayıtda qəza - 1 ölü, 7 yaralı var

3 nəfər ambulator müalicəyə buraxılıb

Səhiyyə Nazirliyi Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verən qəza barədə məlumat yayıb.

AzNews.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt xəstəxanasına çatdırılıb.

Onlardan 3-ü reanimasiya,1-i travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda müalicələri davam edir. 3 nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Bahar RÜSTƏMLİ

AzNews.az