Bunun üçün xaricdən mütəxəssislər cəlb olunacaq Bunun üçün xaricdən mütəxəssislər cəlb olunacaq
  • Toplum
  • 6 Dekabr 2019 13:05
  •  839

Azərbaycanda hotellərin aldıqları ulduzlara uyğunluğu yoxlanılacaq

Bunun üçün xaricdən mütəxəssislər cəlb olunacaq

Azərbaycan Turizm Bürosu ölkədəki hotellərə ulduz verilməsi üzrə yeni meyarların tətbiqini planlaşdırır. Bununla da, hotellərin aldıqları ulduzlara uyğunluğu yoxlanılacaq.

Bu barədə jurnalistlərə açıqlamasında qurumun baş icraçı direktoru Florian Zenqstşmid məlumat verib.

Onun sözlərinə görə, bunun üçün xaricdən mütəxəssislər cəlb olunacaq.

“Məqsədimiz hər hansı hoteli cəzalandırmaq deyil, onların xidmət səviyyəsini yüksəltməkdir. Hər bir hotelə otel üçün öz imkanları çərçivəsində qiymət məyyən ediləcək”, - deyə F. Zenqstşmid qeyd edib.