Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib
  • Toplum
  • 12 Dekabr 2019 14:33
  •  1 957

Bakı metrosunda insident: Özünü qatar yoluna atdı

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib

Daxili İşlər Nazirliyi dünən Bakı Metropolitenində baş vermiş insidentlə bağlı məlumat yayıb.

DİN-dən verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.

Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

AzNews.az