Layihə iştirakçıları diplomlarla təltif olunub Layihə iştirakçıları diplomlarla təltif olunub
  • Toplum
  • 12 Dekabr 2019 17:07
  •  2 123

"İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin yekun təqdimatı keçirildi - FOTO

Layihə iştirakçıları diplomlarla təltif olunub

“İncəsənət sosial inkişafda vasitə kimi” təşəbbüsü təhsil sahəsində ixtisaslaşan Education HUB-ın təşkilatçılığı ilə "İnkişaf Zamanı" proqramı çərçivəsində həyata keçirilib.

Qafqaz City Hotel and Residences-də baş tutan tədbirdə layihənin bağlanış mərasimi baş tutub.

Layihə sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsini təşviq edir. Altı ay müddətində həyata keçirilən layihə çərçivəsində Azərbaycanın bölgələrini təmsil edən və müxtəlif universitetlərdə təhsil alan gənclər bir araya gələrək incəsənət vasitələrindən istifadə edərək sosial problemləri işıqlandırıblar.

“İnkişaf Zamanı” proqramının iştirakçıları ekologiyanın qorunması, məişət zorakılığı, bullinq, diskriminasiya, narkotik aludəçiliyinin qarşısının alınması üçün forum, teatr, tamaşalar, uşaq evindən olan məktəblilər üçün sərgilər, intellektual oyunlar təşkil ediblər.

Eyni zamanda müxtəlif qısametrajlı maarifləndirici filmlər və videoçarxlar hazırlayıblar.

Sonda layihə iştirakçıları diplomlarla təltif olunublar.

AzNews.az

image description image description image description image description image description image description image description