Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsiz­ləşdirilib Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsiz­ləşdirilib
  • Toplum
  • 13 Dekabr 2019 16:41
  •  2 218

Bu il xarici kəşfiyyata işləyən 15 nəfər müəyyən edilib - Dövlət Sərhəd Xidməti

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsiz­ləşdirilib

"Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər, məxfi əməkdaşlığa cəlb olunan 1 nəfər müəyyən edilib".

Bu barədə Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, xarici münaqişə zonalarında döyüşmüş 23 nəfərin şəxsiyyəti müəyyən olun­ub, onlardan 6 nəfər Azərbaycan vətəndaşı saxla­nılıb, qanunsuz miq­rasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsiz­ləşdirilib.

AzNews.az