O, bir türbənin yanında hərəkətsiz vəziyyətdə tapılıb O, bir türbənin yanında hərəkətsiz vəziyyətdə tapılıb
  • Toplum
  • 13 Dekabr 2019 17:05
  •  1 727

İtkin düşən kişi donaraq öldü

O, bir türbənin yanında hərəkətsiz vəziyyətdə tapılıb

Türkiyənin Sivas şəhərində dünən itkin düşən və polis tərəfindən tapılan 87 yaşlı Hasan Elmacı bütün müdaxilələrə rəğmən həyatını itirib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, şəhərə yaxın olan Kızılören kəndində oğlu Mehmet Ali Elmacı ilə birlikdə yaşayan 4 uşaq sahibi Hasan Elmacı günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb.

Kənd ətrafında axtarış edən yaxınları durumu polisə xəbər verib. Polis tərəfindən axtarışlara başladılıb.

Axtarışlarlar nəticəsində Hasan Elmacı dünən axşam saatlarında Bakımlı kəndi yaxınlığındakı bir türbənin yanında hərəkətsiz vəziyyətdə tapılıb.

Təcili yardım işçilərinin etdiyi ilkin müdaxilədən sonra Elmacı tez bir zamanda xəstəxanaya aparılıb.

Ancaq edilən bütün müdaxilələrə rəğmən onun həyatını qurtarmaq mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Səidə Vahid

AzNews.az