Hazırda Bakı şəhəri üzrə 30 müntəzəm marşrut avtobusları kart sisteminə keçib Hazırda Bakı şəhəri üzrə 30 müntəzəm marşrut avtobusları kart sisteminə keçib
  • Toplum
  • 24 Yanvar 2020 18:53
  •  3 486

Bakıda daha üç marşrut xətti kart sisteminə keçir

Hazırda Bakı şəhəri üzrə 30 müntəzəm marşrut avtobusları kart sisteminə keçib

Bakıda daha üç müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin rəsmi nümayəndəsi Vüqar Məmmədzadə AVTO FM radiosunun efirində bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə 67 (Nərimanov-Biləcəri istiqaməti) və 77 (İçəri Şəhər - Yeni Yasamal istiqaməti), 26 (Keşlə-Azadlıq Prospekti istiqaməti) saylı maşrut avtobuslarında yaxın vaxtlarda kart sistemi tətbiq olunacaq.

O əlavə edib ki, hazırda Bakı şəhəri üzrə 30 müntəzəm marşrut avtobusları kart sisteminə keçib.

AzNews.az