Hazırda dünyada komitənin 8 üzvü var Hazırda dünyada komitənin 8 üzvü var
  • Toplum
  • 30 Yanvar 2020 18:43
  •  3 091

Azərbaycanlı gənc “Vikimedia” Fondunda Afiliasiya Komitəsinə üzv seçilib

Hazırda dünyada komitənin 8 üzvü var

"Vikimedia" Fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri Mehman İbrahimov "Vikimedia" Fondunda Afiliasiya Komitəsinə üzv seçilib.

Bu barədə AZƏRTAC-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

O bildirib ki, hazırda dünyada komitənin 8 üzvü var. Onlardan biri də Mehman İbrahimovdur. Komitə "Vikipediya"nın başqa nümayəndəliklərinin hesabatlarını yoxlayır və onları "Vikimedia" nümayəndələri kimi təsdiq edir. M.İbrahimov dünya "Vikipediya" icmasında fəallığı ilə seçilən gənclərdəndir. O, "Vikimedia" Fondunun təşkil etdiyi bütün tədbirlərdə iştirak edir. Mehman İbrahimov həm də "Vikipediya"nın gürcü dili bölməsində Azərbaycana aid onlarca məqalə yaradıb.

Qeyd edək ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya" Metodik Mərkəzinin təşəbbüsü, Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən "İnkişaf və təhsil" Mərkəzinin və "Vikimedia" Fondunun Gürcüstan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Marneuli rayonunda gənclər üçün "Vikipediya" təlimlər keçirilir. Könüllülər tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətləri, elm və mədəniyyət xadimləri haqqında "Vikipediya"nın gürcü dil bölməsində onlarca məqalə yaradılıb. Bu il Marneuli "Vikipediya" Klubunun açılması nəzərdə tutulur.