Təkliflər hazırlanması ilə bağlı Nazirlər Kabinetinə tapşırıqlar verilib Təkliflər hazırlanması ilə bağlı Nazirlər Kabinetinə tapşırıqlar verilib
  • Toplum
  • 12 Fevral 2020 22:17
  •  3 370

Arxiv işi ilə bağlı hüquqi aktlarda dəyişiklik ediləcək

Təkliflər hazırlanması ilə bağlı Nazirlər Kabinetinə tapşırıqlar verilib

Azərbaycanda arxiv işi və ləğv olunmuş hüquqi şəxslərin arxiv fondu sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsinin icbariliyi ilə bağlı normativ hüquqi aktlarda dəyişikliklər nəzərdə tutulub.

AzNews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Arxiv işi sahəsində dövlət nəzarətini və məsuliyyəti gücləndirmək məqsədilə normativ hüquqi aktlarda dəyişikliklər barədə təkliflər hazırlanması ilə bağlı Nazirlər Kabinetinə tapşırıqlar verilib.

Eyni zamanda, Nazirlər Kabinetinə ləğv olunmuş hüquqi şəxslərin arxiv fondu sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsinin icbariliyinin təmin olunması üçün normativ hüquqi aktlarda dəyişikliklərə dair təkliflər hazırlanması və sənədlərin idarə edilməsi sahəsində beynəlxalq normaların tələblərinə uyğun olaraq arxiv sənədlərinin rəqəmsallaşdırılması, Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi və istifadəsi qaydalarına dair təkliflər hazırlanması tapşırılıb.