Gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib Gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib
  • Toplum
  • 14 Fevral 2020 11:15
  •  1 962

ETSN-də İsrailin yeni səfiri ilə görüş keçirilib

Gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Corc Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ETSN-dən AzNews.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və İsrail Dövləti arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.