Dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alınıb Dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alınıb
  • Toplum
  • 17 Fevral 2020 20:37
  •  2 069

Ali məktəblərə qəbul imtahanında dəyişiklik edildi

Dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alınıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

AzNews.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alınıb.

Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan vermələri üçün imatahan müddətinin vaxtı 1 saat 30 dəqiqəyədək artırılıb.

Qeyd edək ki, bundan əvvəl həmin imtahanın davametmə müddəti 45 dəqiqə idi.