“Mən həkim nəzarəti altındayam" “Mən həkim nəzarəti altındayam"
  • Toplum
  • 24 Fevral 2020 14:57
  •  1 573

Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib

“Mən həkim nəzarəti altındayam"

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problemlər yaranıb.

AzNews.az xəbər verir ki, bu barədə Oxu.az-a Hafiz Hacıyevin özü məlumat verib.

O bildirib ki, ürəyində problemlər var və bir neçə gündür xəstəxanadadır:

“Mən həkim nəzarəti altındayam. Hazırda xəstəxanadayam. Səhhətimdə yaranan problemlə əlaqədar çox danışa bilmirəm".

Xatırladaq ki, Hafiz Hacıyev Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə namizəd idi.