Ümrə ziyarətləri müvəqqəti olaraq dayandırılıb Ümrə ziyarətləri müvəqqəti olaraq dayandırılıb
  • Toplum
  • 28 Fevral 2020 19:17
  •  1 333

QMİ bu ziyarətləri dayandırdı

Ümrə ziyarətləri müvəqqəti olaraq dayandırılıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus təhlükəsini nəzərə alaraq ümrə ziyarətlərinin müvəqqəti olaraq dayandırılmasına münasibət bildirib.

QMİ-dən AzNews.az-a verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığı dünyada yayılmağa davam edən koronavirus təhlükəsini nəzərə alaraq ümrə ziyarətlərini müvəqqəti olaraq dayandırıb:

"Qərarla əlaqədar Qafqaz Müsəlmanları İdarəsini Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri şəxsən məlumatlandırıb. Qafqaz Müsəlmanları İdarəsi məsələyə münasibət bildirərək, ilk növbədə, zəvvarların sağlamlığını nəzərə alan həmin qərarı bəyəndiyini və tam dəstəklədiyini bəyan edib".