"İnsanlar özləri gediş-gəlişi azaltmalıdır" "İnsanlar özləri gediş-gəlişi azaltmalıdır"
  • Toplum
  • 28 Fevral 2020 20:08
  •  2 539

Koronavirusla bağlı əhaliyə MÜRACİƏT

"İnsanlar özləri gediş-gəlişi azaltmalıdır"

"İran-Azərbaycan sərhədinin bağlanması bizim səlahiyyətimizdə deyil. Amma vətəndaşlar da bizimlə əl-ələ verib işləməlidir".

AzNews.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında koronavirusla əlaqədar yaradılan Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, 10 gündür İranda koronavirus aşkarlanıb, hələ də ora ilə gediş-gəliş davam edir: "İnsanlar özləri gediş-gəlişi azaltmalıdır. Hətta sərhədi keçən qızdırması olmayan şəxslərə də xüsusi vərəqələr paylanılır, tövsiyə edirik ki, evdən az çıxsınlar, diqqətli olsunlar".