Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb
  • Toplum
  • 1 Aprel 2020 14:08
  •  2 403

Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlandı

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb

AzNews.az xəbər verir ki, məlumatda deyilir:

"Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir.

Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinli orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılmışdır".