“Ailədən bir nəfər maaş alırsa, digər üzvlərə yardım olmayacaq”

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib

“Ailənin bir üzvü əməkhaqqı alırsa, digər ailə üzvlərinə yardım edilməyəcək”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, son günlər işsizliklə bağlı müavinət almaq üçün hazırda işləyən sahibkarlar da müraciət edir: “Müraciətlərin 60 faizi bunları əhatə edir. Bu da bizim işimizi, prosesi ləngidir. Tələbələr, hərbçilər, adına pay torpağı olanlar işsiz hesab edilmir. Biz istənilən müraciəti elektron qaydada yoxlayırıq. Artıq 10 mindən artıq müraciət emal edilib.

Birdəfəlik ödənişə bir ailənin iki üzvünün hüququ yaranırsa belə, ödəniş yalnız onların birinə ödəniləcək. Xüsusi karantin rejimi uzadılsa, növbəti aylarda da bunu alacaqlar”.