Daha 100 mənzil bu kateqoriyadan olanlara təqdim edilib Daha 100 mənzil bu kateqoriyadan olanlara təqdim edilib
  • Toplum
  • 29 May 2020 16:54
  •  2 337

Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlandı

Daha 100 mənzil bu kateqoriyadan olanlara təqdim edilib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramı davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzNews.az-a verilən məlumata görə, daha 100 mənzil bu kateqoriyadan olanlara təqdim edilib.

Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınaraq təqdim olunan, hər biri müasir yaşayış şəraitinə malik mənzillərin 30-u şəhid ailələrinə, 70-i Qarabağ müharibəsi əlillərinə verilib.

Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək mənzillə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı 7 700-ə çatıb.

2020-ci ildə həmin kateqoriyalara aid vətəndaşlara 1 500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı ilin sonuna 9 100-ə çatacaq.

Növbədə olan şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı yaxın iki il ərzində tam başa çatacaq.