İnsanların təhlükəsizliyi daha vacibdir İnsanların təhlükəsizliyi daha vacibdir
  • Toplum
  • 1 İyun 2020 12:00
  •  3 211

"Ailəsində yoluxma halı olanlar imtahanlara buraxılmayacaq"

İnsanların təhlükəsizliyi daha vacibdir

İmtahanlara gələnlər ailə üzvləri arasında son 15 gün ərzində koronavirusun olmaması barədə bəyannamə imzalamalıdırlar.

Məlumata görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əgər ailəsində koronavirusa yoluxma halı olan şəxs olarsa, onlar iyunda keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcəklər: “Onlar sentyabrda imtahan verərək attestat ala biləcəklər, amma ali məktəblərə qəbul olmaq üçün bu il imtahan verə bilməyəcəklər. Belə hal ilk dəfə baş vermir. Əvvəlki illərdə də suçiçəyi, qızılca kimi xəstəliyi olanlar imtahanlara buraxılmayıblar. Biz insanların təhlükəsizliyini qorumalıyıq və bu, daha vacibdir”.

AzNews.az