Nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək Nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək
  • Toplum
  • 6 İyun 2020 14:30
  •  4 466

Sabahın HAVA PROQNOZU

Nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək

İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzNews.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

İyunun 7-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.