14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək
  • Toplum
  • 10 İyun 2020 16:15
  •  3 811

İcaze.e-gov.az portalı yenidən fəaliyyətə başladı

14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində hərəkət icaze.e-gov.az portalından əldə edilən icazələr əsasında tənzimlənəcək.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzNews.az-a verilən məlumata görə, fəaliyyətinə icazə verilən sahələr üzrə qurum və ya təşkilatlar portala indidən daxil olaraq əməkdaşlarının icazələrini "Aktivləşdir" düyməsi vasitəsi ilə aktivləşdirə bilər.

Fəaliyyətinə icazə verilən sahələr ilə Nazirlər Kabinetinin müvafiq Qərarında tanış ola bilərsiniz : https://cabmin.gov.az/az/document/4486/