Həmin gün ən uzun gündüz və ən qısa gecə olur Həmin gün ən uzun gündüz və ən qısa gecə olur
  • Toplum
  • 20 İyun 2020 20:08
  •  2 453

Azərbaycana yay gəlir

Həmin gün ən uzun gündüz və ən qısa gecə olur

Bu il yay fəsli Azərbaycana iyunun 21-i saat 01:43:42-də daxil olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzNews.az-a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirəcək (Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur).

Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.