Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib
  • Toplum
  • 23 İyun 2020 19:21
  •  1 994

Daha 508 nəfər koronavirusa yoluxdu - 6 nəfər vəfat etdi

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib

Azərbaycanda 508 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə AzNews.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6464 koronavirus testi aparılıb.