- Toplum
- 1 İyul 2020 18:43
- 2 329
Bakıda bəzi yerlərdə polis postları götürüldü
Sərtləşdirilmiş karantin rejimi iyulun 5-i səhər saat 06-da başa çatır
Bakıda sərtləşdirilmiş karantin rejimi üçün quraşdırılan polis postlarının bəziləri yığışdırılıb.
AzNews.az-ın verdiyi xəbərə görə, artıq paytaxtın bir çox küçə və prospektlərində postlar götürülüb.
Hazırkı məlumata görə, Günəşli qəsəbəsi, Zabrat yolu və digər bir neçə ərazidə artıq postlar yoxdur.
Qeyd edək ki, sərtləşdirilmiş karantin rejimi iyulun 5-i səhər saat 06-da başa çatır. Prezidentin köməkçisi Hikmət Hacıyev sərt karantin rejiminin daha iki həftə uzadılmasının təklif edildiyini bildirib.
***
Əldə etdiyimiz yeni məlumata görə, Neftçilər, Qarayev və Koroğlu metrostansiyasının yaxınlığında postlar yığışdırılıb.