- Toplum
- 2 İyul 2020 20:54
- 2 074
Sərt karantin rejimi bu şəhərlər və rayonlara aiddir - Siyahı
Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır
Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.
Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda tətbiq olunacaq.