- Toplum
- 13 İyul 2020 10:00
- 2 372
Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya gəlir
Onlar 20-dən çox ölkədə pandemiya ilə mübarizəyə yardım göstərir
COVİD-19 virusu ilə mübarizə aparmaq üçün 115 kubalı tibb mütəxəssisi Azərbaycana göndərilib.
Məlumata görə, bu barədə Kubanın Xarici İşlər naziri Bruno Rodriges deyib.
Nazir bildirib: "Bu gün bizim 115 mütəxəssisimiz COVID-19 ilə mübarizəyə kömək etmək üçün Azərbaycana göndərilir. Briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək".
B.Rodrigesin sözlərinə görə, ümumilikdə, bu gün Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə yardım göstərir. (Trend)
AzNews.az