COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib
  • Toplum
  • 3 Avqust 2020 17:12
  •  3 909

647 nəfər sağaldı, 241 nəfər yoluxdu

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına 241 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə AzNews.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 760 nəfər müalicə olunaraq sağalıb, 468 nəfər vəfat edib, aktiv xəstə sayı 4 456-dır.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 874, ötən müddət ərzində isə ümumilikdə 744 837 test aparılıb.