Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq
  • Toplum
  • 17 Avqust 2020 21:23
  •  2 574

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq

Avqustun 18-dən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilir.

AzNews.az xəbər verir ki, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemindən övladının şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçə bilər. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.