• Toplum
  • 13 Sentyabr 2020 17:12
  •  605

Birinci sinfə gedən şagirdlərin sayının azalması ilə bağlı - Açıqlama

"Sinif sayı azaldıqda müəllimlər üçün vakant yerlərin sayı da azalır"

"Azərbaycanda bu il ötən illə müqayisədə nisbətən daha az uşaq birinci sinfə gedəcək".

AzNews.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi ilə bağlı suallara cavab verərkən deyib:

“Bunun həm demoqrafik səbəbləri var, həm də pandemiya ilə əlaqələndirə bilərik. Sinif sayı azaldıqda müəllimlər üçün vakant yerlərin sayı da azalır. Əgər ötən illərdə biz şagird sayının artımını müşahidə edirdiksə, növbəti illərdə biz daha çox şagird sayının azalmasını müşahidə edəcəyik”.