Bu il bir milyondan çox ağac əkiləcək

Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib

Payız mövsümündə 507 hektar ərazidə bir milyondan çox ağacın əkilməsi nəzərdə tutulur.

AzNews.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib. Onun sözlərinə görə, 10 min hektara yaxın ərazidə meşə bərpa tədbirləri aparılacaq.

“Meşə cinsli ağaclardan palıd, cökə, fıstıq toxumlarının meşələrin açıq hissələrində əkilməsi nəzərdə tutulur. Payız mövsümündə meşə-bərpa tədbirləri həyata keçiriləcək”.