Fasiləsiz Fəaliyyət göstərən “qaynar telefon xətti” açılıb Fasiləsiz Fəaliyyət göstərən “qaynar telefon xətti” açılıb
  • Toplum
  • 29 Sentyabr 2020 18:04
  •  3 521

Müdafiə Nazirliyindən valideynlərə müraciət

Fasiləsiz Fəaliyyət göstərən “qaynar telefon xətti” açılıb

Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçuların valideynlərini narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nəzdində sutka ərzində fasiləsiz fəaliyyət göstərən “qaynar telefon xətti” açılıb.

Vətəndaşlar (012) 406-68-58, (012) 406-68-84, (012) 406-72-52, (012) 406-72-77 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər.

Eyni zamanda vətəndaşlardan telefon xətlərinin həddən artıq yüklənməməsi və normal qaydada fəaliyyət göstərməsi məqsədilə ehtiyac olmadığı halda zəng etməmələri xahiş olunub.