Bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var Bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var
  • Toplum
  • 16 Oktyabr 2020 13:15
  •  2 670

“Qarabağ savaşında qələbəmiz üçün virusdan qorunma qaydalarına əməl etməliyik”

Bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var

“Hamımızın ürəyi Qarabağla döyünür. Bu məqamda koronavirsudan danışmaq bəlkə çoxlarımıza qəribə görsənə bilər. Amma elə Qarabağ savaşında qələbəmiz üçün virusdan qorunma qaydalarına əməl etməliyik”.

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

O bildirib ki, ötən gün 530 vətəndaşımız virusa yoluxub və 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb: "Bu o deməkdir ki, bu gün xəstəxanalarımızdakı 429 çarpayı virusa yoluxanlara verilib və həmin vətəndaşlarımızın müalicəsi üçün əlavə həkimlər ayrılıb. Hər savaşda şəhid və yaralılar olur. Bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var. Yoluxma sayı artdıqca yaralılarımıza baxacaq həkim sayı və çarpayı yeri azalır. Qarabağ savaşında qələbəmiz, əsgərlərimizin sağlamlığı naminə pandemiya qaydalarına əməl edək”.

Səidə

AzNews.az