"Bu işdə məndən əlavə gizli qəhrəmanların da əməyi böyük oldu" "Bu işdə məndən əlavə gizli qəhrəmanların da əməyi böyük oldu"
  • Toplum
  • 4 Noyabr 2020 16:45
  •  5 581

“Facebook”da Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olundu

"Bu işdə məndən əlavə gizli qəhrəmanların da əməyi böyük oldu"

“Facebook” səhifələrinin xəritə servisində Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunub.

AzNews.az xəbər verir ki, bu haqda texnobloger Fərid Pərdəşünas məlumat paylaşıb:

“İlk olaraq "Facebook"a müraciətim əsasında problemin "here servisində olduğu qeyd edilmişdi. Lakin mən kodlara baxanda xəritə servisinin "Mapbox"dan gəldiyi ortaya çıxdı. Mapbox-un hüquq şöbəsi isə bizə sadəcə bu funksiyanı "Facebook"-a verdiyini bildirmişdi və "Facebook"un bu ərazini mübahisəli ərazi olaraq özlərinin qeyd etdiyini bildirdi. Məsələ ilə bağlı dərhal "Facebook"a yenidən müraciət etdim. "Facebook" mənə geri dönüş etdi və budur məsələ artıq həllini tapdı”.

Texnobloger qeyd edib ki, bəzi insanlar bunu münaqişə zonası kimi vurğulanmasını normal qəbul edirdi:

“Lakin Beynəlxalq Hüquqa əsasən bu xəritə servislərdə qəbul oluna bilməzdi. Google, Yandex və Bing kimi servislər də belə şey qeyd etmir və buranın xüsusi vurğulanması "Facebook"un Azərbaycanın ərazi bütövlüyü şüphə altına alması mənasına gəlirdi. Bu iş ciddi bir iş idi. "Facebook" birbaşa müdaxilə edib, xəritə kodlarını dəyişməli idi və bu işdə məndən əlavə gizli qəhrəmanların da əməyi böyük oldu.

Təəssüf ki, məlum səbəblərdən hər şeyi bölüşə bilmirəm amma əmin olun ki, arxa cəbhədə çox güclü adamlar var. İstənilən cəbhədə ərazi bütövlüyümüzün təmin olunması üçün daim mübarizə aparacağıq”.

Səidə

AzNews.az