Koronavirus təhlükəsi ilə bağlı Koronavirus təhlükəsi ilə bağlı
  • Toplum
  • 23 Noyabr 2020 12:15
  •  2 374

FHN əhaliyə müraciət edib

Koronavirus təhlükəsi ilə bağlı

Son günlər ölkəmizdə yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artması və hava şəraitinin infeksion və respirator xəstəliklərin yayılması üçün əlverişli olmasını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) əhalini ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, bu təhlükəli virusdan qorunmaq üçün müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

AzNews.az-ın məlumatına görə, bu barədə FHN-nin koronavirus təhlükəsi ilə bağlı əhaliyə müraciətində deyilir.

Müraciətdə qeyd edilir: "Özünüzün və yaxınlarınızın sağlamlığı və təhlükəsizliyi naminə çox sadə üç qaydaya əməl etmək kifayət edər:

bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskadan istifadə edin;
başqa şəxslərlə minimum iki metr sosial məsafə saxlayın
əllərinizi tez-tez sabunla yuyun və ya spirt tərkibli məhlulla dezinfeksiya edin.
Özünüzdə və yaxınlarınızda koronavirusa yoluxmanın əlamətlərini (hərarətin yüksəlməsi, boğazda qıcıqlanma və ağrı, quru öskürək, təngənəfəslik) müşahidə etdikdə dərhal təcili tibbi yardıma müraciət edin. Unutmayın: qaydalara biganəlik – həyatımıza təhlükədir!"