Şəhid ailələrinə baş sağlığı verərək hər zaman onların yanında olduqlarını vurğulayıblar Şəhid ailələrinə baş sağlığı verərək hər zaman onların yanında olduqlarını vurğulayıblar
  • Toplum
  • 26 Noyabr 2020 16:15
  •  1 921

FHN-in əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Şəhid ailələrinə baş sağlığı verərək hər zaman onların yanında olduqlarını vurğulayıblar

Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq klubunun kollektivi paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 2-ci Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərimzin ailələrini ziyarət ediblər.

Bu barədə AzNews.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qeyd edib ki, Prezident, Ali Baş komandan İlham Əliyevin qətiyyəti nəticəsində müzəffər ordumuz müqəddəs amal uğrunda torpaqlarımızın azad olunması, sərhədlərimizin bərpası uğrunda Vətən müharibəsinə qalxaraq torpaqlarımızı rəşadətlə azad edib. Qarabağın azad olunması Vətən yolunda canını fəda etmiş şəhidlərimizin qanı bahasına başa gəlib. Və hər bir azərbaycanlı Vətənimizin bütövlüyü naminə canını fəda etmiş şəhidləri yad etməli, onların xatirəsini əziz tutaraq ailələrinə mənəvi dəstək olmaqla öz vətəndaşlıq və mənəvi borcunu yerinə yetirməldir.

FHN-in əməkdaşları şəhid ailələrinə baş sağlığı verərək hər zaman onların yanında olduqlarını vurğulayaraq Vətənə qəhrəman övladlar yetişdirmiş valideyinlərə ehtiramlarını bildiriblər.