• Toplum
  • 13 Dekabr 2020 14:48
  •  168

“Dərs vaxtı”nın sabaha olan yayım vaxtı dəyişdi

Həmin gün teledərslər saat 14:00-dan etibarən yayımlanacaq

Dekabrın 14-də "Mədəniyyət" telekanalında profilaktika işləri həyata keçiriləcəyindən "Dərs vaxtı" proqramının yayım vaxtında dəyişiklik edilib.

Bu barədə AzNews.az-a Təhsil Nazirliyindən bildirilib.

Həmin gün teledərslər saat 14:00-dan etibarən yayımlanacaq.

"Dərs vaxtı" proqramının müvafiq cədvəli "Dərs vaxtı"nın "Facebook" səhifəsində (https://www.facebook.com/dersvaxti.edu.az/) paylaşılacaq.

Qeyd edək ki, "Mədəniyyət" və "ARB Günəş" tekekanallarında yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edib.