• Toplum
  • 31 Dekabr 2020 23:11
  •  300

Bu veteranlara verilən təqaüd ikiqat artırıldı

Sözügedən şəxslər üçün nəzərdə tutulan təqaüd 150 manatdan 300 manata qaldırılıb

Azərbaycan Prezidenti İlham Əliyev “1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişiklik edib.

AzNews.az xəbər verir ki, sözügedən şəxslər üçün nəzərdə tutulan təqaüd 150 manatdan 300 manata qaldırılıb.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu Sərəncam 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.