Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb
  • Toplum
  • 9 Yanvar 2021 09:22
  •  3 651

Yanvarın 11-dək ölkədə ictimai nəqliyyat işləməyəcək

Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb

Bu gündən yanvarın 11-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

AzNews.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvarın 18-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.