Sahədə əməkdaşlıq müzakirə olunacaq Sahədə əməkdaşlıq müzakirə olunacaq
  • Toplum
  • 17 Yanvar 2021 17:39
  •  3 725

Bakıdan Tehrana geniş tərkibli nümayəndə heyəti gedir

Sahədə əməkdaşlıq müzakirə olunacaq

Sabah Bakıdan iqtisadi məsələlər üzrə geniş tərkibli nümayəndə heyəti Tehrana səfər edəcək.

AzNews.az-ın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter" hesabında qeyd edib. O bildirib ki, nümayəndə heyəti Azərbaycan və İran arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 14-cü iclasında iştirak edəcək.

Səfirin sözlərinə görə, nəqliyyat, enerji, sənaye, ticarət, rabitə, yeni texnologiyalar, səhiyyə, kənd təsərrüfatı turizmi, bank işi, sığorta və s. sahədə əməkdaşlıq müzakirə olunacaq.