Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib
  • Toplum
  • 20 Yanvar 2021 12:01
  •  3 225

Bakıda sükut anı... - Video

Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AzNews.az xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən səs siqnalları verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Qeyd edək ki, Qanlı Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə qərənfillər düzürlər.