Şəhidimiz Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb Şəhidimiz Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb
  • Toplum
  • 23 Yanvar 2021 16:53
  •  3 892

27 yaşlı şəhidimiz Gəncədə dəfn edildi - FOTO

Şəhidimiz Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb

Vətən müharibəsinin ilk günlərindən itkin düşən, dünən isə şəhid xəbəri gələn İbrahimov Muradın nəşi bu gün doğulduğu Gəncə şəhərinə gətirilib.

Şəhidimiz Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

27 yaşlı M.İbrahimov Murov dağı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, M.İbrahimovun adı Müdafiə Nazirliyinin yaydığı Vətən müharibəsində itkin düşən hərbçilərimizin siyahında olub.

Onun Vətənə əmanət bir yaşlı oğlu qalıb. (oxu.az)