Fərdi yaşayış evinin daxilində baş verən partlayış müvafiq qurumlar tərəfindən araşdırılacaq Fərdi yaşayış evinin daxilində baş verən partlayış müvafiq qurumlar tərəfindən araşdırılacaq
  • Toplum
  • 25 Yanvar 2021 21:46
  •  3 595

“Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı - Açıqlama

Fərdi yaşayış evinin daxilində baş verən partlayış müvafiq qurumlar tərəfindən araşdırılacaq

Bu gün Xırdalan şəhərində baş vermiş partlayışla bağlı "Azəriqaz" İstehsalat Birliyi açıqlama yayıb.

AzNews.az xəbər verir ki, Birliyin açıqlamasında bildirilir:

"Xırdalan şəhəri 27-ci məhəllədə iki mərtəbəli fərdi yaşayış evində baş verən partlayışla bağlı "Azəriqaz" istehsalat birliyi olaraq bildiririk ki, ərazidən Birliyin balansında olan hər hansı yeraltı qaz kəməri keçmir. Fərdi yaşayış evinin daxilində baş verən partlayış müvafiq qurumlar tərəfindən araşdırılacaq".